Konfrans Liqası: “Dinamo” – “Qarabağ” oyununun hakimləri…

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə “Qarabağ” arasında keçiriləcək oyunun hakim təyinatları bəlli olub.

ictimai.info xəbər verir ki, qarşılaşmanı danimarkalı FİFA referisi Morten Kroq idarə edəcək.

Ona həmyerliləri Steffen Bramsen və Viktor Skütte kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək.

VAR hakimi Yakob Kelet, onun köməkçisi isə Yens Maae olacaq.

Qeyd edək ki, görüş Polşanın Lyublin şəhərindəki “Arena Lyublin” stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

  • Related Posts

    Salah “Trabzonspor”a gəlir? – Rəsmi

    Türkiyənin “Trabzonspor” klubu ilə misirli futbolçu Məhəmməd Salah arasında heç bir müqavilə bağlanmayıb. ictimai.info xəbər verir ki, bu barədə “Trabzonspor”un prezidenti Ərtoğrul Doğan deyib. “Belə bir razılaşma yoxdur. Əgər olsaydı,…

    UEFA-nın 55 üzvü FİFA yarışlarını boykot edir

    UEFA və quruma üzv olan 55 milli assosiasiya FİFA-nın dünya çempionatı və digər turnirlərdəki mülkiyyət paylarını özəl investorlara vermək planına qarşı birgə bəyanat yayıb. ictimai.info xəbər verir ki, bəyanat UEFA-nın saytlnda…

    Sizin üçün

    Rusiya bu kəndləri də işğal etdi

    • By admin
    • Avqust 1, 2026
    • 8 views
    Rusiya bu kəndləri də işğal etdi