Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Yük maşınının vurduğu avtomobil piyadalara çırpıldı – Ölənlər var

Ucar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

ictimai.info “Report”a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Tərtər rayonunun Köçərli kənd sakini, 1979-cu il təvəllüdlü Şamilzadə Anar Cəfər oğlunun idarə etdiyi “Mercedes Atego” markalı yük maşını yol kənarında dayanan, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Məmmədov Tural Cəlal oğluna məxsus “Chevrolet Cobalt” markalı minik avtomobilinə çırpılıb.

Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq kənarda dayanan iki piyadanı vurub.

Nəticədə piyadalardan biri Göyçay rayon sakini 1993-cü il təvəllüdlü İsa Rüfət oğlu Məmmədov hadisə yerində, minik avtomobilinin sərnişini, Samux rayon sakini 2002-ci il təvəllüdlü Yusif Xudaya oğlu Quliyev isə xəstəxanaya aparılarkən yolda ölüb.

Minik avtomobilinin sürücüsü T.Məmmədov və sərnişinlər Gəncə şəhər sakinləri 1982-ci il təvəllüdlü Elnur Fərəcullayev və 1985-ci il təvəllüdlü Elmir Əsgərli Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı bağlı araşdırma aparılır.

  • Related Posts

    Marketdən çanta oğurlayan 61 yaşlı kişi saxlanıldı

    Abşeron rayonunda talama cinayəti baş verib. ictimai.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Xırdalan şəhəri ərazisində yerləşən marketlərin birində naməlum şəxs alış-veriş edən zərərçəkənin…

    Qaxda 2 maşın toqquşdu: ölən və xəsarət alanlar var

    Qaxda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var ictimai.info Report-a istinadla xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə…

    Sizin üçün

    Peruda təyyarə qəzası: 13 nəfər öldü

    • By admin
    • Avqust 2, 2026
    • 3 views
    Peruda təyyarə qəzası: 13 nəfər öldü