UEFA-nın 55 üzvü FİFA yarışlarını boykot edir

UEFA və quruma üzv olan 55 milli assosiasiya FİFA-nın dünya çempionatı və digər turnirlərdəki mülkiyyət paylarını özəl investorlara vermək planına qarşı birgə bəyanat yayıb.

ictimai.info xəbər verir ki, bəyanat UEFA-nın saytlnda yayımlanlıb. Sənəddə sözügedən təklifin yekdilliklə və qəti şəkildə rədd edildiyi bildirilib.

“Dünya çempionatına investisiya məhsulu kimi yanaşmaq olmaz. Bu turnir futbolun ən böyük idman irslərindən biridir. O, nəsillər boyu futbolçular, milli komandalar və azarkeşlər tərəfindən formalaşdırılıb. Dünya çempionatının heç bir hissəsi özəl investorlara verilməməlidir. Dünya çempionatı satılmır”, – deyə bəyanatda qeyd olunub.

UEFA FİFA-nın belə mühüm layihəni məxfi şəkildə hazırlamasını və futbol ictimaiyyəti ilə məsləhətləşmədən təsdiq mərhələsinə gətirməsini məsuliyyətsiz addım adlandırıb.

Bəyanatda vurğulanıb ki, özəl investorların FİFA turnirlərində pay sahibi olması futbolun gələcəyini kökündən dəyişə bilər:

“Bu halda beynəlxalq təqvim, turnirlərin formatı və futbolun gələcəyi ilə bağlı qərarlar oyunun maraqlarına deyil, səhmdarların maliyyə gözləntilərinə əsaslanacaq. Belə modelin dünya futbolunda yeri yoxdur”.

UEFA və milli assosiasiyalar bildiriblər ki, təklif tamamilə geri götürülməyənədək Avropa yığmaları heç bir FİFA yarışında iştirak etməyəcək.

“FİFA bu planlardan birdəfəlik imtina etməli və gələcəkdə yarışların özəl mülkiyyətə açılmayacağına dair hüquqi təminat verməlidir. Əks halda UEFA-nın heç bir milli komandası FİFA yarışlarında iştirak etməyəcək”, – deyə bəyanatda qeyd olunub.

Sonda UEFA dünya çempionatının futbola məxsus olduğunu və Avropanın mövqeyi olduğu müddətdə onun satışa çıxarılmayacağını vurğulayıb.

Qeyd edək ki, ötən gün də UEFA FİFA-nın dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planları ilə bağlı növbəti bəyanat yayıb.

  • Related Posts

    “Səbail”in adı dəyişdirilir

    “Səbail” futbol klubunun adı dəyişdirilir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilərək, “Səbail” PFK-nın adının “Quba” adı ilə dəyişdirilməsi…

    Azərbaycan – Litva oyununun keçiriləcəyi yer dəyişdirildi – AFFA səbəbi açıqladı

    Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də keçiriləcək qarşılaşmanın məkanı dəyişdirilib. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, oyunun ilkin olaraq Gəncə şəhərində keçirilməsi ilə bağlı UEFA-nın müvafiq razılığı…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 30 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır