Tehrandan gərginliyi artıran açıqlama: Avropa gəmiləri qanuni hədəf elan edildi

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Hörmüz boğazına yaxınlaşacaq Avropa gəmiləri İran ordusunun qanuni hədəfi hesab olunacaq.

Vətəninfo.az xəbər verir ki, Qəribabadi qeyd edib ki, Hörmüz boğazı İranın milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib və ölkənin mühüm müdafiə potensialını təcəssüm etdirir. Onun sözlərinə görə, boğaz İranın müharibədə əldə etdiyi uğurun əsas amillərindən biridir və onunla bağlı qəbul edilən qərarlar ölkənin təhlükəsizliyinə uzunmüddətli təsir göstərəcək.

O əlavə edib: “Əgər Hörmüz boğazındakı vəziyyət əvvəlki halına qayıtsa, müharibədə əldə etdiyimiz uğur natamam olacaq”.

  • Related Posts

    Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

    Son illər Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin intensivləşməsi regionlararası əlaqələrin yeni geosiyasi reallıqlar fonunda əhəmiyyətini də artırır. Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoqun yüksək səviyyədə olması, qarşılıqlı səfərlərin və təmasların…

    İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı olub

    İyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışı olub. ictimai.info AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır…

    Sizin üçün

    Rusiya bu kəndləri də işğal etdi

    • By admin
    • Avqust 1, 2026
    • 8 views
    Rusiya bu kəndləri də işğal etdi