İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında – Foto

İyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev və Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman ilə birlikdə Çolpon-Ata şəhərindəki “Issyk-Kul Golf Resort” kompleksində Qolf Klubun açılışında iştirak edib.

ictimai.info  xəbər verir ki, əv vəlcə “Issyk-Kul Golf Resort” kompleksi və Qolf Klub barədə videoçarx nümayiş olundu.

Qolf Klub İssık-Kul gölünün sahilində “Issyk-Kul Golf Resort” çoxfunksiyalı turizm kompleksinin ərazisində yerləşir. Bu kompleksin ümumi sahəsi 120 hektardır. Bunun da 103 hektarı Qolf Klubun payına düşür.

Bu layihənin icrası yalnız yay aylarında deyil, digər fəsillərdə də İssık-Kula turist axınını cəlb etmək üçün böyük rol oynayacaq. Belə ki, burada ilin 10 ayında qolf oynama üçün meydança qurulub. Zəruri infrastrukturun yaradıldığı Qolf Klubun ərazisində 80 yerlik mehmanxana da qonaqların ixtiyarına veriləcək. Burada qolf akademiyasının yaradılması və müxtəlif səviyyəli qolf turnirlərinin keçirilməsi nəzərdə tutulur.

Turizm, idman, sağlamlıq və əyləncə meyarlarını özündə birləşdirən “Issyk-Kul Golf Resort” kompleksində Qolf Klubla yanaşı, ümumilikdə dörd və beşulduzlu bir neçə hotel, restoranlar, çimərlik sahələri olacaq.

Qırğızıstan Qolf Federasiyasının prezidenti Xomeni Erqeşov çıxış edərək dövlət başçılarını salamladı.

Sonra Qırğızıstan Prezidenti Sadır Japarov çıxış etdi.

Daha sonra dövlət başçıları “Issyk-Kul Golf Resort” kompleksinin ərazisini gəzdilər, burada qolf oyununun rəmzi başlama mərasimində iştirak etdilər.

  • Related Posts

    Zelenski yeni hərbi qərarını açıqladı

    Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hava həyəcanı siqnallarının təhlükə dərəcəsinə görə qruplaşdırılacağını bəyan edib. Bu barədə Ukrayna lideri öz rəsmi “Telegram” kanalında bildirib. Onun sözlərinə görə, mövcud təhlükə barədə xəbərdarlıq…

    İran XİN sözçüsündən ABŞ-yə “Homeland” cavabı

    ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 1-nə aid hücumlarda Sirikdəki toy mərasiminin atəşə tutulması barədə ittihamlarla razılaşmayıb, İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai isə Amerikanın bu mövqeyinə…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 28 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır