İyulun 30-u saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində qətl hadisəsi baş verib.

ictimai.info APA-ya istinadla xəbər verir ki, 1987-ci il təvəllüdlü Sabir Camalov münaqişə zəminində 1991-ci il təvəllüdlü Orxan Yusubova bıçaqla xəsarətlər yetirib. O.Yusubov aldığı xəsarətlərdən ölüb.

Hadisəni törədib qaçan S.Camalovu polis əməkdaşları saxlayıblar.