Bu kollecdə əlil abituriyentlər üçün 15 plan yeri ayrıldı

2026/2027-ci tədris ili üçün 1 nömrəli Bakı Tibb Kollecində “Müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün 15 plan yeri ayrılıb.

ictimai.info xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan orqanizmin funksiyalarının 81-100 və 61-80 faiz pozulmasına görə gözdən əlilliyi (1-ci və 2-ci dərəcəli gözdən əlil) müəyyən edilmiş abituriyentlər aşağıda göstərilən sənədləri 2026-cı il avqustun 5-dən 14-dək (saat 17:00-dək) DİM-ə və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər.

Müsabiqədə qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı 50‑dən, Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

  • Related Posts

    Magistr olmaq istəyənlərə yeni fürsət – DİM açıqladı

    Magistraturada boş qalan plan yerlərinə ixtisas seçiminin növbəti həftə ərzində başlanması nəzərdə tutulur. ictimai.info xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib…

    Metroya görə universitetlər dərs qrafikini dəyişəcək?

    “28 May” və “Nizami” metro stansiyaları arasında qatarların hərəkətinin müvəqqəti dayandırılması paytaxtda ictimai nəqliyyatın yükünü artırıb. Mövcud vəziyyətdə əsas narahatlıq sentyabrın 15-dən yeni tədris ilinin başlanması ilə bağlıdır. Məktəblərin və…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 27 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır