Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi – Səbəb

Nyu York Universitetinin professoru və “Qara qu” kitabının müəllifi Nassim Taleb Azərbaycanda mühazirə oxumaqdan imtina edib.

ictimai.info Globalinfo.az-a istinadla xəbər verir ki, N.Taleb Azərbaycana gəlməməsini hərbi cinayətləri sübuta yetirilmiş erməni separatçı Ruben Vardanyanın həbsi ilə əlaqələndirib.

“Ruben Vardanyan orada həbsdə olduğu müddət Azərbaycana getməyəcəm”, – Taleb bildirib.

Qeyd edək ki, N.Talebin Ruben Vardanyanla əlaqələri olduğu bildirilir. Onun “Qara qu” kitabı Azərbaycanda da nəşr edilib.

Detalları bir qədər sonra təqdim edəcəyik.

  • Related Posts

    İranda zəlzələ oldu

    İranın Hörmüzqan əyalətinin Fərğan şəhəri yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib. ictimai.info xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələnin ocağı…

    Rusiya ərazisində öldürülən generallar

    Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra Rusiya generalları təkcə cəbhədə deyil, arxa cəbhədə də hədəfə çevrilməyə başlayıblar. ictimai.info xəbər verir ki, bu barədə “Meduza” nəşri məqalə dərc edib. Nəşrin hesablamalarına…

    Sizin üçün

    ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür…

    • By admin
    • Avqust 4, 2026
    • 16 views
    ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür…