İran husilərdən imtina edir? – Tehrandan şok açıqlama

Bu cür iddiaları irəli sürənlər reallığı qəsdən təhrif etməyə çalışırlar. Beş ay əvvəl ABŞ-ın hərbi təcavüzünə məruz qaldıq. Biz yeni bir cəbhə açdıqmı?

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İranın Yəmənlə münasibətləri barədə danışarkən deyib.

“Yəmən məsələsini İrana qarşı müharibə ilə əlaqələndirmək məsuliyyətdən yayınmaq cəhdidir. ABŞ və sionist rejim ilk günlərdən etibarən region ölkələrinin ərazilərindən istifadə edirdi. Biz yeni bir cəbhə açdıqmı?

Yəmən məsələsi Yəmənin özünə aiddir. Biz uzun müddətdir bildiririk ki, bu məsələ dialoq yolu ilə həll edilməlidir. Hər bir məsələni İrana qarşı müharibə ilə əlaqələndirmək məsuliyyətdən yayınmağın bir yoludur”, – o bildirib.

Qeyd edək ki, Yəmənin bir hissəsini ələ keçirmiş Ənsarullah (Husilər) hərbi-siyasi qruplaşması İran tərəfindən dəstəklənir.

  • Related Posts

    İranda zəlzələ oldu

    İranın Hörmüzqan əyalətinin Fərğan şəhəri yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib. ictimai.info xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələnin ocağı…

    Rusiya ərazisində öldürülən generallar

    Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra Rusiya generalları təkcə cəbhədə deyil, arxa cəbhədə də hədəfə çevrilməyə başlayıblar. ictimai.info xəbər verir ki, bu barədə “Meduza” nəşri məqalə dərc edib. Nəşrin hesablamalarına…

    Sizin üçün

    ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür…

    • By admin
    • Avqust 4, 2026
    • 16 views
    ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür…