Xəstəliyə yoluxmamaq üçün hovuzdan istifadə qaydası

Hovuzlardan istifadə edən vətəndaşlar öz sağlamlıqlarını qorumaq üçün bir sıra gigiyena qaydalarına əməl etməlidirlər.

Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Qurumdan bildirilib ki, vətəndaşlar hovuza daxil olmamışdan əvvəl duş qəbul etməlidirlər:

“Xəstəlik əlamətləri (dəri-zöhrəvi, yoluxucu və s.) olduqda hovuza girmək olmaz. Şəxsi dəsmal, baş örtüyü və rezin ayaqqabıdan istifadə edilməlidir, hovuzdan çıxdıqdan sonra yenidən duş qəbul etmək lazımdır. Bu qaydalara həm istifadəçilər, həm də obyekt rəhbərlərinin riayət etməsi vacibdir. Obyekt sahibləri hovuzlarda təmizlik və dezinfeksiya işlərini vaxtında həyata keçirməli, hovuz suyunda sərbəst qalıq xlorun ölçülməsi və digər tədbirlərin aparılmasını təmin etməlidir”.

  • Related Posts

    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçildi

    Almaniyada yaşayan soydaşımız Hüseyn Kamalzadə Erlangen şəhərində keçirilən bələdiyyə seçkiləri nəticəsində Əcnəbilər və İnteqrasiya üzrə Məsləhət Şurasının rəsmi üzvü seçilib. Bu vəzifə Almaniya vətəndaşlığı olmayan şəxslər üçün şəhər idarəçiliyində əldə…

    Vital Hospital”da yoxlama: qanun pozuntuları aşkarlandı

    Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Vital Hospital” kimi tanınan “SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ” MMC-də plandankənar yoxlama keçirilib. ictimai.info xəbər verir ki, bu barədə APA-ya AEM-dən məlumat verilib. Bildirilib ki,…

    Sizin üçün

    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçildi

    • By admin
    • İyul 31, 2026
    • 8 views
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçildi