AQTA-dan vətəndaşlara çağırış: Çimərlikdə buna əməl edin!

Yay mövsümündə havanın temperaturunun yüksəlməsi qida məhsullarında mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır və qida zəhərlənməsi riskini artırır. Bu səbəbdən istirahətə və ya piknikə gedərkən qida təhlükəsizliyi və şəxsi gigiyena qaydalarına riayət etmək vacibdir.

Bu barədə ictimai.info Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Mütəxəssislər tövsiyə edirlər ki, piknik zamanı tez xarab olmayan və daşınması rahat qida məhsullarına üstünlük verilsin. Çiy ət daşındıqda portativ soyuducudan istifadə olunmalı, çarpaz çirklənmənin qarşısını almaq məqsədilə isə ət digər qidalardan ayrı və soyuducunun alt hissəsində saxlanılmalıdır.

Turizm və ictimai iaşə obyektlərində qidalanarkən masaların, qab-qacağın və istifadə olunan avadanlıqların təmizliyinə diqqət yetirilməlidir. Eyni zamanda, qida obyektlərində sanitariya-gigiyena tələblərinə əməl olunması və işçilərin şəxsi gigiyena qaydalarına riayət etməsi vacibdir.

Piknik zamanı qidalar təmiz səth və ya örtük üzərində saxlanılmalı, bişirilmiş yeməklər isti hava şəraitində iki saatdan artıq otaq temperaturunda qalmamalıdır. Əks halda, qidalarda bakteriyalar sürətlə çoxalaraq qida mənşəli xəstəliklərin yaranmasına səbəb ola bilər.

Sadə qida təhlükəsizliyi və şəxsi gigiyena qaydalarına əməl etməklə yay mövsümündə sağlam və təhlükəsiz istirahət etmək mümkündür.

  • Related Posts

    Prezident fərman imzaladı

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 424-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan…

    Bakıda meteor yağışı müşahidə olunacaq

    Gələn həftədən etibarən avqustun 24-dək Perseid meteor yağışı müşahidə olunacaq. Axar.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, meteor axınının maksimum…

    Sizin üçün

    ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür…

    • By admin
    • Avqust 4, 2026
    • 17 views
    ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür…