Sosial ictimai xəbərlər

Dünya

Avropa İttifaqı genişlənməyə davam etməlidir- Merz

Avropa İttifaqı suverenliyini və qlobal mövqeyini gücləndirmək üçün genişlənməyə davam etməlidir.

 Bunu Almaniya kansleri Fridrix Merz bildirib.

“Biz Avropa Birliyinin genişlənməsini istəyirik. Əgər Avropa Birliyi dünyada suverenliyini təsdiqləmək və açıq-aşkar güc qüvvəsi kimi qəbul olunmaq istəyirsə, o, böyüməlidir”, – deyə Merz bildirib.

Merz vurğulayıb ki, Avropaya inteqrasiya üçün siyasi iradə olmalıdır.

Qeyd edək ki, Berlin Prosesi Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Serbiya, Monteneqro və tanınmamış Kosovonun Avropaya inteqrasiyasını dəstəkləyən bir mexanizmdir. Bu proses 2014-cü ildə Almaniyanın o vaxtkı kansleri Angela Merkel tərəfindən irəli sürülüb.