Çempionlar Liqası: “Sabah” “Hapoel”ə qarşı

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start veriləcək.

ictimai.info xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da bu gün meydana çıxacaq. Komanda Tofiq Bəhramov adına Respublika stadionunda İsrail çempionu “Hapoel”i (Beer-Şeva) qəbul edəcək. 20:45-də start götürəcək görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək.

İlk matçda rəqibinə 1:2 hesabı ilə uduzan “Sabah” nəticəni xeyrinə dəyişməyə çalışacaq.

Cütün qalibi ÇL-in Liqa mərhələsində, məğlubu isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.

Çempionlar Liqası

Pley-off

Cavab oyunu

25 avqust

20:45. Sabah (Azərbaycan) – Hapoel (Beer-Şeva, İsrail)

Hakimlər: İştvan Kovaç, Mixay Marika, Ferents Tunyodi, Sabolç Kovaç (Rumıniya).

VAR: Bastian Dankert (Almaniya).

AVAR: Katalin Popa (Rumıniya).

Tofiq Bəhramov adına Respublika stadionu.

  • Related Posts

    “Səbail”in adı dəyişdirilir

    “Səbail” futbol klubunun adı dəyişdirilir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilərək, “Səbail” PFK-nın adının “Quba” adı ilə dəyişdirilməsi…

    Azərbaycan – Litva oyununun keçiriləcəyi yer dəyişdirildi – AFFA səbəbi açıqladı

    Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də keçiriləcək qarşılaşmanın məkanı dəyişdirilib. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, oyunun ilkin olaraq Gəncə şəhərində keçirilməsi ilə bağlı UEFA-nın müvafiq razılığı…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 23 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır