Xəstəxanada izdiham: “Dörd gündür həkim qəbuluna düşə bilmirəm”(VİDEO)

Sumqayıtın 1 saylı xəstəxanasının poliklinika şöbəsində uzun növbələr yaranıb, xəstələrin qəbulu isə dayandırılıb.

ictimai.info-nun Xezerxeber.az-a istinadən məlumatına görə, sakinlər deyirlər ki, poliklinikada xəstələrin qəbulu zamanı ciddi sıxlıq yaranır.

Həkim çatışmazlığı və uzun növbələr səbəbindən vətəndaşların bir qismi saatlarla gözləməli olur, bəziləri isə həkim qəbuluna düşə bilmədən geri qayıdır.

Sakinlər deyirlər ki, Sumqayıt üzrə yalnız bir psixiatr həkim fəaliyyət göstərir, bu isə kifayət etmir. Nəticədə uzun növbələr yaranır, qəbul prosesi gecikir.

Məsələ ilə bağlı TƏBİB-dən “Xəzər Xəbər”ə bildirildi ki, mövcud vəziyyət araşdırılır və vətəndaşların qəbulunun daha səmərəli təşkili istiqamətində tədbir görülür. Vətəndaşlar problemin tezliklə həll olunacağına ümid edirlər.

  • Related Posts

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    “Uber” şirkəti idarəetmə səviyyələrinin azaldılmasına və vəsaitlərin avtomobillərin müştərək istifadəsi, çatdırılma və robotaksi biznesləri arasında yenidən bölüşdürülməsinə yönəlmiş genişmiqyaslı restrukturizasiya çərçivəsində 3 300 nəfəri işdən çıxarmağı planlaşdırır. Bu da şirkətin…

    Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 5, 6, 12 və 13 sentyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək. Bu barədə ictimai.info ya ADY-dən məlumat verilib. Bu…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 22 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır