Natiq Əliyev: “Qəbir baxımsızdırsa, çəkib yaymaqdansa, təmizlə”

“Gedib gördün ki, qəbir baxımsızdır, onu çəkib sosial şəbəkələrdə yaymaqdansa, təmizlə”.

Bunu ictimai.info-ya açıqlamasında Xalq rəssamı Natiq Əliyev görkəmli rəssam Cavad Mircavadovun məzarının baxımsız qalmasından danışarkən deyib.

Onun sözlərinə görə, son vaxtlar sosial şəbəkə istifadəçiləri tərəfindən bu cür hərəkətlərə tez-tez yol verilir:

“Camaatı niyə ittiham edirsiniz? Getmək, ziyarət etmək lazımdır. Gördün ki, vəziyyət pisdir, ürəyin yandı, təmizlə. Belə şeylər lazım deyil. Siz bilirsiniz ki, dahi rəssamların başdaşları necədir? Elə rəssam var ki, onun üçün təmtəraq olunub, amma elələri də var ki, heç başdaşı yoxdur. Yaşayan onların qəbirdaşı deyil, əsərləridir. Elə rəssam var ki, əsərləri dünya şöhrətlidir, amma sadə bir qəbri var”.

Natiq Əliyev dünyasını dəyişən insanların qəbirlərinə ailə üzvlərinin baxmalı olduğunu xatırladıb:

“Bu, bir dəb halını alıb. Qəbiristanlıqları gəzirlər, harada bir baxımsız qəbir görən kimi çəkib yayırlar. Mən görsəm, təmizləyərdim, kimisə ittiham etmək üçün ixtiyarın yoxdur. Adama deyərlər, sən kimsən ki, məni ittiham edirsən? Cavad Mircavadov çox yaxşı rəssam olub. Dövrlə ayaqlaşan, müasir rəssam olub. Qeyri-adi olub, pul arxasınca qaçan rəssam olmayıb. Əsərləri var”.

Natiq Əliyev mərhum rəssamın əsərlərinin yüksək qiymətləndirildiyini vurğulayıb:

“Əsərləri çox bahadır. Dahi şəxsiyyətlərimiz var, hamısının qəbirlərinə onların yaxınları baxır. Bəs, onun qohum-əqrəbası haradadır? Onların sağlığında sinəmizə döyürük, filankəs qohumudur. Yaxşı, sağlığında adı ilə öyündüyün insanın qəbrini öləndə ziyarət etmirsən? Bunun üçün heç kəsi ittiham etməyin”.

Qeyd edək ki, Əməkdar incəsənət xadimi, görkəmli rəssam Cavad Mircavadovun qəbrinin baxımsız olması ilə bağlı məlumat paylaşılıb. Məlumatda onun qəbrinin hətta dağılmış vəziyyətdə olduğu bildirilib.

  • Related Posts

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    “Uber” şirkəti idarəetmə səviyyələrinin azaldılmasına və vəsaitlərin avtomobillərin müştərək istifadəsi, çatdırılma və robotaksi biznesləri arasında yenidən bölüşdürülməsinə yönəlmiş genişmiqyaslı restrukturizasiya çərçivəsində 3 300 nəfəri işdən çıxarmağı planlaşdırır. Bu da şirkətin…

    Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 5, 6, 12 və 13 sentyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək. Bu barədə ictimai.info ya ADY-dən məlumat verilib. Bu…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 22 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır