General Natiq Əliyevin qızı Türkər Əliyevanın yenidən təhqir etdiyi qazi: “İntihar həddinə çatmışam”

Bir neçə gün öncə General-mayor Natiq Əliyevin qızı Türkər Əliyevanın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsində mübahisəli vəziyyət yaratması ilə bağlı məlumat vermişdik. İdarədə yüksək səslə danışan Türkər Əliyevaya idarədə növbə gözləyən II Qarabağ müharibəsi iştirakçısı müdaxilə edərək ondan sakit danışmasını xahiş edib. Qazi səhhətinin ağır olduğunu, yüksək səsə dözə bilmədiyini və yaranmış səs-küy səbəbindən növbəsinin də gecikdiyini bildirib.
7NEWS.az xəbər verir ki, hadisədən sonra qazi Elşən Nağıyev redaksiyamıza müraciət edərək yaranmış vəziyyətin onu ciddi psixoloji gərginliyə saldığını və hətta intihar həddinə çatdığını bildirib. O, Prezident, Ali Baş Komandan İlham Əliyevə müraciət edəcəyini də qeyd edib.
Elşən Nağıyev bildirib ki, hadisədən sonra heç bir sosial şəbəkədə və ya saytda açıqlama verməyib. Onun sözlərinə görə, buna baxmayaraq, Türkər Əliyeva müxtəlif sosial şəbəkə və saytlarda açıqlamalar yayaraq Elşən Nağıyevin qazi və II Vətən müharibəsi iştirakçısı olmadığını, səhhətində qəlpə yaralarının bulunmadığını və sifarişlə hərəkət etdiyini iddia edib.
Digər tərəfdən, Elşən Nağıyev iddia edir ki, paralel olaraq Türkər Əliyevanın anası bəzi qazilər vasitəsilə onunla əlaqə saxlayıb və barışıq təklif edib. Onun sözlərinə görə, hətta maddi dəstək göstərilə biləcəyi də bildirilib. Redaksiyamıza bununla bağlı səs yazıları da təqdim olunub.
Müsahibəsində Elşən Nağıyev qazilərə və müharibə iştirakçılarına da müraciət edərək onları məsələdə tərəf olmamağa və kiminsə əlində alətə çevrilməməyə çağırıb.
O, müharibə iştirakçısı və ya veteran olmasına şübhə edən hər kəslə görüşməyə, bununla bağlı sənədlərini təqdim etməyə hazır olduğunu bildirib.
Sözügedən müsahibənin tam versiyasını təqdim edirik.
  • Related Posts

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    “Uber” şirkəti idarəetmə səviyyələrinin azaldılmasına və vəsaitlərin avtomobillərin müştərək istifadəsi, çatdırılma və robotaksi biznesləri arasında yenidən bölüşdürülməsinə yönəlmiş genişmiqyaslı restrukturizasiya çərçivəsində 3 300 nəfəri işdən çıxarmağı planlaşdırır. Bu da şirkətin…

    Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 5, 6, 12 və 13 sentyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək. Bu barədə ictimai.info ya ADY-dən məlumat verilib. Bu…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 22 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır