Bakıda evlərin qiyməti bahalaşacaq?

Bakıda mənzil qiymətlərinin 2026-cı ilin sonunadək azalacağı gözlənilmir. Ekspert qiymət artımı tendensiyasının davam edəcəyini bildirir.

Bunu iqtisadçı ekspert, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, mənzil bazarında qiymətlərin aşağı düşməsi üçün əsaslar yoxdur.

“Nə qədər xoş olmasa da, demək lazımdır ki, qiymətlər düşməyəcək. Qiymətlər enməyəcək. Çünki bu, iqtisadi faktorlarla, makroiqtisadi göstəricilərlə bağlı bir prosesdir və mənzilin, daşınmaz əmlakın investisiya cazibədarlığı ilə əlaqədardır. İnvestisiya cazibədarlığı istər-istəməz daşınmaz əmlakın qiymətinin daha yüksək olmasına gətirib çıxarır”, – V.Oruc bildirib.

Ekspert qeyd edib ki, ilin sonunadək bəzi ərazilərdə qiymət sabitliyi müşahidə oluna bilər, lakin ümumi tendensiya artım istiqamətində olacaq.

“Ümumi tendensiya artım tendensiyası olacaq və hər bir yerdə özünə uyğun tələb və təklif arasındakı nisbətə uyğun olaraq qiymət artımının əraziyə uyğun şəkildə mövcud olması qaçılmazdır. Ümumilikdə, ilin sonuna kimi, yəni 2026-cı ilin ikinci yarısında qiymət artımının davam etməsi mümkündür”, – deyə o vurğulayıb.

V.Oruc bildirib ki, yeni metro stansiyalarının tikintisi, tramvay xətlərinin inşası, abadlıq işlərinin aparılması və nəqliyyat imkanlarının yaxşılaşdırılması kimi infrastruktur dəyişiklikləri həmin ərazilərdə mənzil qiymətlərinə təsir göstərəcək.

“Şəhər üzrə baş verən infrastruktur dəyişiklikləri ərazilərində, yəni nəqliyyat vasitələrinin daha yüksək səviyyədə olduğu ərazilərdə, yeni metro stansiyalarının tikintisi, tramvay xətlərinin inşa edildiyi, abadlıq işlərinin aparıldığı ərazilərdə və o ərazilərə yaxın yerlərdə qiymət artımı təbiidir,

  • Related Posts

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    “Uber” şirkəti idarəetmə səviyyələrinin azaldılmasına və vəsaitlərin avtomobillərin müştərək istifadəsi, çatdırılma və robotaksi biznesləri arasında yenidən bölüşdürülməsinə yönəlmiş genişmiqyaslı restrukturizasiya çərçivəsində 3 300 nəfəri işdən çıxarmağı planlaşdırır. Bu da şirkətin…

    Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 5, 6, 12 və 13 sentyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək. Bu barədə ictimai.info ya ADY-dən məlumat verilib. Bu…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 25 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır