Xocavənddə buldozer minaya düşdü

Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

Bu barədə ictimai.info Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirlib ki, avqustun 7-si Qazax rayon sakini 1961-ci il təvəllüdlü Elçin Telman oğlu Abbasovun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

  • Related Posts

    Goranboyda 14 yaşlı qız sirkə turşusundan zəhərlənib

    Goranboyda 14 yaşlı qız sirkə turşusundan zəhərlənib. Hadisə rayonun Balakürd kəndində baş verib. 2012-ci il təvəllüdlü F. Kazımova zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi…

    Gədəbəydə 78 yaşlı kişinin meyiti tapılıb

    Gədəbəydə 78 yaşlı kişinin meyiti tapılıb. Hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. 1948-ci il təvəllüdlü İslam Ələkbərovun meyiti yaşadığı evdə aşlar olunub. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 25 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır