BMT Baş katibi Antonio Quterreş ABŞ, Rusiya və digər dövlətləri nüvə silahlarının tərk-silahı və yayılmaması məsələləri üzrə dialoqu bərpa etməyə çağırır.
ictimai.info xəbər verir ki, bu sözləri BMT-nin sözçüsünün müavini Fərhan Haq deyib.
“Quterreş həmçinin ABŞ ilə Rusiya arasında Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (START) müddətinin uzadılması ilə bağlı yaranmış problemlərdən narahatlığını bildirib”, – Haq qeyd edib.


