İsrail ABŞ-ın mühüm tərəfdaşı və müttəfiqidir, ancaq Fransa, Böyük Britaniya və digər müttəfiqlərimizlə olduğu kimi, bəzən fikirlərimiz üst-üstə düşmür.
ictimai.info xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib.
“Maraqlarımız İsraillə üst-üstə düşəndə ortaq məqsədlərə necə nail olacağımızı müzakirə edirik. Mövqeyim Netanyahunun mövqeyindən fərqlənəndə isə bunu açıq şəkildə müzakirə edirik. İranla münaqişənin nizamlanmasına töhfə verməyə çalışırıq. Bu münaqişənin başa çatması üçün əlimdən gələni edirəm. Ancaq bəzən bir addım irəli, iki addım geri atmaq, sonra isə yenidən irəliləmək lazım gəlir”, – Vens bildirib.


