Jurnalistin dənizdə batan qardaşı tələbə imiş

Xəbər verdiyimiz kimi, avqustun 4-də dənizdə batan 2004-cü il təvəllüdlü Ruslan Rafik oğlu Həmidovun meyiti tapılıb.

ictimai.info Unikal.az-a istinadla xəbər verir ki, dənizdə batan 22 yaşlı Ruslan Həmidov Milli Aviasiya Akademiyasının Aerokosmik fakültəsinin tələbəsi idi.

Qeyd edək ki, avqustun 2-də Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub. 2009-cu il təvəllüdlü Həmidova Aysel Rafik qızı xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Həmidov Əli Rafik oğlunun meyiti isə sahildə aşkar edilib.

Avqustun 4-də isə 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafik oğlunun meyiti dalğıclar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Dənizdə batan şəxslər AzTV-nin əməkdaşı, jurnalist Rəhilə Həmidovanın qardaşlarıdır.

  • Related Posts

    2800 imtiyazlı şəxs müalicə mərkəzlərinə yola salındı

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 2809 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanator-kurort və müalicə mərkəzlərinə yola salınıb. ictimai.info xəbər verir ki, həmin…

    Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?

    Aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilməsi xəbərindən sonra onun şəxsiyyətinə maraq yaranıb. ictimai.info Yeni Sabah-a istinadən xəbər verir ki, adı “AİD Group”la əlaqələndirilən S.Yəhyazadə barədə bilgilər əslində, çox…

    Sizin üçün

    2800 imtiyazlı şəxs müalicə mərkəzlərinə yola salındı

    • By admin
    • Avqust 6, 2026
    • 9 views
    2800 imtiyazlı şəxs müalicə mərkəzlərinə yola salındı