Azərbaycan millisinin və ABŞ-nin “Kolambus Kryu” klubunun futbolçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirəcək. 22 yaşlı futbolçu Superliqaya qayıdan “Ərzurumspor”a keçib.
ictimai.info xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Nəriman Axundzadə cari ilin fevral ayında “Qarabağ”dan “Kolambus Kryu” heyətinə qoşulmuşdu.
“Ərzurumspor” I Liqanın son çempionudur. Beləliklə, 5 illik fasilədən sonra yenidən Super Liqada çıxış etmək hüququ qazanıblar.
Nərimanın MLS təmsilçisini Türkiyə klubuna dəyişməsi öz qərarıdır. O, ABŞ çempionatının Şərq zonasında 20 xalla 11-ci pillədə qərarlaşan “Kolumbus Kru”nu təsadüfən tərk etməyib. Bu ilin yazında “Qarabağ”dan alınmış və 3,5 illik müqavilə bağlanmış ön xətt oyunçusu klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.
O, məşqçi korpusundan lazımı qədər dəqiqələr almadığını, ehtiyatda qalmaqdan bezdiyini diqqətə çatdırıb.
Forvard ona düşərgəni dəyişməsi üçün icazənin verilməsini xahiş edib və müsbət cavab alıb.


