Nəriman rəsmən Türkiyə Superliqasında!

Azərbaycan millisinin və ABŞ-nin “Kolambus Kryu” klubunun futbolçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirəcək. 22 yaşlı futbolçu Superliqaya qayıdan “Ərzurumspor”a keçib.

ictimai.info xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Nəriman Axundzadə cari ilin fevral ayında “Qarabağ”dan “Kolambus Kryu” heyətinə qoşulmuşdu.

“Ərzurumspor” I Liqanın son çempionudur. Beləliklə, 5 illik fasilədən sonra yenidən Super Liqada çıxış etmək hüququ qazanıblar.

Nərimanın MLS təmsilçisini Türkiyə klubuna dəyişməsi öz qərarıdır. O, ABŞ çempionatının Şərq zonasında 20 xalla 11-ci pillədə qərarlaşan “Kolumbus Kru”nu təsadüfən tərk etməyib. Bu ilin yazında “Qarabağ”dan alınmış və 3,5 illik müqavilə bağlanmış ön xətt oyunçusu klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.

O, məşqçi korpusundan lazımı qədər dəqiqələr almadığını, ehtiyatda qalmaqdan bezdiyini diqqətə çatdırıb.

Forvard ona düşərgəni dəyişməsi üçün icazənin verilməsini xahiş edib və müsbət cavab alıb.

  • Related Posts

    Bu qurumlar FİFA-ya qarşı boykot planlaşdırırlar

    Bir sıra qitə futbol konfederasiyaları FİFA prezidenti Canni İnfantinonun vəzifədən getməsinə nail olmağa çalışır. ictimai.info Qol.az-a istinadən xəbər verir ki, “Tayms” nəşrinin məlumatına görə, UEFA, Asiya Futbol Konfederasiyası (AFC) və Şimali, Mərkəzi…

    “Turan Tovuz” Türkiyə klubuna böyük hesabla qalib gəldi

    Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz” yoxlama matçında “Gənclərbirliyi” komandası ilə qarşılaşıb. Tovuz təmsilçisi rəqibini 4-0 hesabı ilə məğlub edib. Qeyd edək ki, “Turan Tovuz” Ankaradakı hazırlıq…

    Sizin üçün

    Rusiya ərazisində öldürülən generallar

    • By admin
    • Avqust 4, 2026
    • 5 views
    Rusiya ərazisində öldürülən generallar