ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür…

Hazırda ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür.

ictimai.info Report-a istinadla xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə Bakıda keçirilən brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu halda həm ATƏT-in, həm də üzvlərinin fəal əməkdaşlığı əsas şərtlərdəndir:

“Azərbaycan dövləti olaraq öz tərəfimizdən bütün bu prinsiplərə sadiqliyimizi ifadə edirik”.

C.Bayramov həmçinin əlavə edib ki, İsveçrənin ATƏT sədrliyinin prioritetləri zəngindir:

“Enerji və rəqəmsal təhlükəsizlik bu prioritetlərdəndir. Hesab edirik ki, bütün bunlar insanların həyat rifahının yaxşılaşdırılması üçün önəmlidir və buna dəstəyimizi ifadə edirik”.

  • Related Posts

    Azərbaycanda 10 min manat maaşla işçi axtarılır

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur. ictimai.info xəbər verir ki, bu barədə…

    İranla əlaqəli şəbəkələr onlardan Bakıya qarşı istifadə edir

    Son illərdə Azərbaycana qarşı təsir cəhdləri klassik casusluqdan kənara çıxaraq radikal qruplar, informasiya şəbəkələri, siyasi mühacirlər və sosial media üzərindən aparılan hibrid fəaliyyətlərlə müşahidə olunur. Avropada yaşayan bəzi azərbaycanlı siyasi…

    Sizin üçün

    Azərbaycanda 10 min manat maaşla işçi axtarılır

    • By admin
    • Avqust 7, 2026
    • 10 views
    Azərbaycanda 10 min manat maaşla işçi axtarılır