ABŞ-ın dəstəklədiyi Sami Sadat müharibəyə başladı

ABŞ və NATO tərəfindən dəstəklənən Əfqanıstan ordusunun keçmiş komandiri Sami Sadatın rəhbərlik etdiyi “Birləşmiş Əfqanıstan Cəbhəsi” adlı silahlı qrup Taliban rejimə qarşı hərbi əməliyyata başlayıb.

Sadat açıqlamasında “Əfqanıstanı azad etmək və hökuməti xalqa qaytarmaq” məqsədi ilə yaradılan hərbi qruplaşmanın Taliban rəhbərliyini və üzvlərini hədəf alacağını bildirib. O, həmçinin beynəlxalq hərb qanunlarına sadiq olduqlarını da bəyan edib.

Sami Sadatın 2021-ci ildə Taliban hakimiyyəti ələ keçirdikdən sonra Böyük Britaniyaya köçdüyü bildirilir.

Politoloq Heydər Oğuz qeyd edib ki, Taliban əleyhinə digər silahlı qruplar da son günlərdə fəaliyyətlərini artırıblar:

“Əfqanıstan Azadlıq Cəbhəsi” təxminən 10 gündür ki, Bədəxşan əyalətinin Zebak rayonunda Talibanla toqquşduğu və bəzi ərazilərə nəzarəti ələ keçirdiyini iddia edib.

“Əfqanıstan Milli Müqavimət Cəbhəsi” adlı qrup da son günlərdə Bədəxşan və Heratda İslam Əmirliyi qüvvələrinə qarşı hücumlar həyata keçirdiyini, yeni yaranan “İnqilab Keşikçiləri Cəbhəsi” isə Bədəxşan əyalətinin Yaftal-i Payin rayonunu qısa müddətə nəzarətə götürdüyünü iddia edib”.

  • Related Posts

    Hindistanda 20 nəfəri ildırım vurdu

    Hindistanın Carxand ştatında ildırım vurması nəticəsində azı 20 nəfər ölüb. ictimai.info xəbər verir ki, bu barədə “İndian Avaaz” məlumat yayıb. Məlumata görə, son 24 saat ərzində ən çox ölüm halı…

    Türkiyədə zəlzələ oldu

    Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda 4,1 bal gücündə zəlzələ baş verib. ictimai.info xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Yeraltı təkanlar eyni zamanda Aralıq dənizində də hiss edilib. Yerli…

    Sizin üçün

    Azərbaycanda 10 min manat maaşla işçi axtarılır

    • By admin
    • Avqust 7, 2026
    • 4 views
    Azərbaycanda 10 min manat maaşla işçi axtarılır