Yayın istisində su ilə İMTAHAN: Lökbatan sakinlərinin problemi nə zaman həll ediləcək?

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 24 nömrəli binanın sakinləri uzun müddətdir içməli su problemi ilə üzləşiblər.

Sakinlər Baku TV-yə bildiriblər ki, gün ərzində mənzillərə ümumiyyətlə su verilmir.

Onların sözlərinə görə, su yalnız gecə saatlarında və zəif təzyiqlə verilir. Bu səbəbdən sakinlər məcbur qalaraq gecələr su ehtiyatı toplayırlar.

Sakinlər bildirirlər ki, problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, indiyədək məsələ öz həllini tapmayıb.

“Yay başlayandan əziyyət çəkirik. Özüm onkoloji xəstəyəm. Gündüzlər su gəlmir, gecələr isə damcı-damcı su yığmağa məcbur oluram. Su olmadan həyat ola bilərmi?” – sakinlərdən biri bildirib.

Digər sakin isə vəziyyətin xüsusilə xəstə yaxınlarına qulluq edən ailələr üçün ağır olduğunu deyib:

“Evdə iki xəstəm var. Su yalnız gecə saatlarında gəlir. Yataq xəstəsinə həmin vaxt necə qulluq edim, paltarını necə yuyum? Çox əziyyət çəkirik”.

  • Related Posts

    Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu

    Fövqəladə Hallar Nazirliyinin Aparatında şöbə rəisi vəzifəsindən azad olunub. ictimai.info Qaynarinfo-ya istinadla xəbər verir ki, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili…

    Onlar bu gündən Azərbaycana vizasız gələ biləcəklər

    Bu gündən başlayaraq Bosniya və Herseqovina və Sinqapurun ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2027-ci ilin avqustun 1-dək Azərbaycan ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib. ictimai.info xəbər verir…

    Sizin üçün

    Yayın istisində su ilə İMTAHAN: Lökbatan sakinlərinin problemi nə zaman həll ediləcək?

    • By admin
    • Avqust 2, 2026
    • 10 views
    Yayın istisində su ilə İMTAHAN: Lökbatan sakinlərinin problemi nə zaman həll ediləcək?