Daha bir tiktoker həbs edildi

  1. Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib.

    ictimai.info Unikal-a istinadla xəbər verir ki, 1991-ci il təvəllüdlü Əlikram Heydərov Səbail Rayon 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham irəli sürülüb və aidiyyəti üzrə Səbail rayon məhkəməsinə göndərilib.

    Məhkəmənin yekun qərarı ilə Əlikram Heydərov 8 sutkalıq inzibati qaydada həbs edilib.

  • Related Posts

    Azərbaycan Əlcəzairə dəstək verdi

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairin Bumerdes əyalətində çoxsaylı insan tələfatına səbəb olan sərnişin avtobusu qəzası ilə əlaqədar başsağlığı verib. ictimai.info xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım…

    Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

    Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. ictimai.info xəbər verir ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis…

    Sizin üçün

    193 min avroya qədər maaş təklif edən ölkə 85 min işçi axtarır

    • By admin
    • Avqust 2, 2026
    • 13 views
    193 min avroya qədər maaş təklif edən ölkə 85 min işçi axtarır