Onlar bu gündən Azərbaycana vizasız gələ biləcəklər

Bu gündən başlayaraq Bosniya və Herseqovina və Sinqapurun ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2027-ci ilin avqustun 1-dək Azərbaycan ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib.

ictimai.info xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Yeni qaydalara əsasən, həmin ölkələrin vətəndaşları göstərilən müddət ərzində Azərbaycana üç dəfə vizasız gələ və hər gəliş zamanı ölkədə 30 günədək qala bilərlər.

Azərbaycana turizmdən fərqli məqsədlərlə gəlmək və ya burada uzunmüddətli qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları isə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər.

  • Related Posts

    Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu

    Fövqəladə Hallar Nazirliyinin Aparatında şöbə rəisi vəzifəsindən azad olunub. ictimai.info Qaynarinfo-ya istinadla xəbər verir ki, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili…

    Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir

    Milli dövlətçilik tariximizin müxtəlif dövrlərində Azərbaycan dili rəsmi olaraq dövlət dili elan olunsa da, həmin vaxtlar dilimizin bu statusu uzun müddət davam etməmişdir. ictimai.info xəbər verir ki, bu fikir Milli…

    Sizin üçün

    Yerə maqnit qasırğası yaxınlaşır – Xəbərdarlıq

    • By admin
    • Avqust 2, 2026
    • 10 views
    Yerə maqnit qasırğası yaxınlaşır – Xəbərdarlıq