Ukraynaya qarşı müharibədə vacib mərhələdəyik – Medvedyev

Rusiya hazırda Ukraynaya qarşı apardığı müharibənin başa çatması baxımından çox vacib bir mərhələdədir.

ictimai.info xəbər verir ki, bunu Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev bildirib.

“Biz həqiqətən də indi “xüsusi hərbi əməliyyat”ın başa çatmasının çox vacib bir nöqtəsindəyik. Əminəm ki, siz də qələbəmizə öz töhfənizi verəcəksiniz”, – deyə o, cəbhəyə göndərilməzdən əvvəl gənc rus hərbçilərə müraciətində bildirib.

Medvedyev etiraf edib ki, Ukraynaya qarşı müharibədə iştirak etmək qərarı asan qəbul olunmur və risklər daşıyır.

“Demək istədiyim yeganə şey budur: özünüzü qoruyun. Bizə qələbə lazımdır, amma istənilən qiymətə yox”, – deyə Medvedyev əlavə edib.

  • Related Posts

    Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

    Son illər Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin intensivləşməsi regionlararası əlaqələrin yeni geosiyasi reallıqlar fonunda əhəmiyyətini də artırır. Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoqun yüksək səviyyədə olması, qarşılıqlı səfərlərin və təmasların…

    İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı olub

    İyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışı olub. ictimai.info AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır…

    Sizin üçün

    Rusiya bu kəndləri də işğal etdi

    • By admin
    • Avqust 1, 2026
    • 8 views
    Rusiya bu kəndləri də işğal etdi