Polşada hava şarı ilə uçuş zamanı bədbəxt hadisə: Xəsarət alanlar var

Polşanın Qrudziądz qraflığının Slup kəndi yaxınlığındakı tarlada eniş etməyə cəhd edərkən hava şarından üç nəfər yıxılaraq xəsarət alıb.

ictimai.info “RMF 24” nəşrinə istinadən verdiyi məlumata görə, xəsarət alanlara dərhal tibbi yardım göstərilib.

Məlum olub ki, hava şarı tarlaya enməyə cəhd edərkən manevr səbəbindən onun səbəti ağacın budağına çırpılıb. Səbətin tarazlığı itirərək əyilməsi nəticəsində birinci pilot, ardınca gələn zərbənin təsirindən isə iki sərnişin yerə yıxılıb. Bunun ardınca idarəetmədən çıxan şar şimal-şərq istiqamətində hərəkət edərək səmada yoxa çıxıb.

Mənbənin məlumatına görə, pilotun yıxılma nəticəsində ayağı sınıb, bir sərnişinin qolu sınıb, üçüncüsünün isə qol xəsarətləri diaqnozu qoyulub. Hazırda Dövlət Aviasiya Qəzalarının Təhqiqi Komissiyası baş vermiş bu bədbəxt hadisənin təfərrüatlarını və səbəblərini öyrənir.

  • Related Posts

    Rusiya bu kəndləri də işğal etdi

    Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətindəki Lyubitskoye və Xarkov bölgəsində yerləşən Olqovka yaşayış məntəqələrinə nəzarəti ələ keçirib. ictimai.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Bütün regionu daş dövrünə qaytaracağıq… – İran hədələdi

    Bəzi qüvvələr İrana sürətli və dağıdıcı zərbə endirib Tehranı təslim olmağa məcbur edə biləcəklərini düşünürlər. ictimai.info xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi X…

    Sizin üçün

    Rusiya bu kəndləri də işğal etdi

    • By admin
    • Avqust 1, 2026
    • 8 views
    Rusiya bu kəndləri də işğal etdi