100 gün ərzində müharibənin taleyi həll ola bilər

Qarşıdakı 100 gün müharibənin taleyini müəyyən edə bilər. TUSK

Axar.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.

Tusk bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə söhbəti zamanı belə qənaətə gəlib:

“Məsələ kifayət qədər aydındır: qarşıdakı 100 gün bu müharibənin nəticəsini həll edə bilər və hazırda şanslar 50-nin 50-yədir”.

O hesab edir ki, ABŞ Prezidenti Donald Tramp, “bəzi digər şəxslər” və SpeysX şirkətinin baş direktoru İlon Mask müharibənin gedişinə təsir göstərə biləcək ən nüfuzlu şəxslərdir.

Tusk həmçinin qeyd edib ki, Rusiyanın X-101 qanadlı raketinin Polşanın hava məkanına daxil olması onun Ukraynaya dəstək vermək əzmini daha da gücləndirib.

Onun sözlərinə görə, Polşanın təhlükəsizliyi birbaşa Ukrayna ordusunun, xüsusilə də hava müdafiə qüvvələrinin effektiv fəaliyyətindən asılıdır:

“Əgər ukraynalılar uzun müddətdir tələb etdikləri silahlardan daha çox alsaydılar, böyük ehtimalla bu raket Polşa istiqamətində buraxılmazdı”.

  • Related Posts

    Rusiya bu kəndləri də işğal etdi

    Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətindəki Lyubitskoye və Xarkov bölgəsində yerləşən Olqovka yaşayış məntəqələrinə nəzarəti ələ keçirib. ictimai.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Bütün regionu daş dövrünə qaytaracağıq… – İran hədələdi

    Bəzi qüvvələr İrana sürətli və dağıdıcı zərbə endirib Tehranı təslim olmağa məcbur edə biləcəklərini düşünürlər. ictimai.info xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi X…

    Sizin üçün

    Rusiya bu kəndləri də işğal etdi

    • By admin
    • Avqust 1, 2026
    • 8 views
    Rusiya bu kəndləri də işğal etdi