Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

Azərbaycanın Türkiyədəki keçmiş təhsil müşaviri Nəcibə Nəsibova Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru təyin olunub.

ictimai.info xəbər verir ki, rektor Nəcibə Nəsibova 525.az-a müsahibəsində xəbəri təsdiqləyib.

Onun sözlərinə görə, bununla bağlı qərar universitetin Qəyyumlar Şurasının iclasında qəbul edilib. Daha sonra təyinat elm və təhsil nazirinin imzaladığı müvafiq əmrlə rəsmiləşdirilib.

Nəcibə Nəsibova uzun illər Azərbaycanın Türkiyədəki Təhsil Müşavirliyi vəzifəsində çalışıb. 30 ildən artıq müddətdə o, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin akademik və sosial məsələlərinin həllində iştirak edib, həmçinin Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafı istiqamətində fəaliyyət göstərib.

Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq 2023-cü ildə iki ölkə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən əldə edilib. 2024-cü ilin fevralında Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında bununla bağlı müvafiq memorandum imzalanıb.

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 23-də imzaladığı sərəncamla Türkiyə-Azərbaycan Universitetinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq və ödənişli əsaslarla da tələbə qəbulu ala bilmə hüququ verilib.

2024-cü ildən bu yana universitetin rektoru vəzifələrinin icrasını Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev icra edirdi.

İki ölkə arasında ali təhsil və elmi əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılan universitetin fəaliyyət istiqamətləri sırasında ortaq təhsil proqramlarının hazırlanması, elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsi yer alır.

  • Related Posts

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    “Uber” şirkəti idarəetmə səviyyələrinin azaldılmasına və vəsaitlərin avtomobillərin müştərək istifadəsi, çatdırılma və robotaksi biznesləri arasında yenidən bölüşdürülməsinə yönəlmiş genişmiqyaslı restrukturizasiya çərçivəsində 3 300 nəfəri işdən çıxarmağı planlaşdırır. Bu da şirkətin…

    Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 5, 6, 12 və 13 sentyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək. Bu barədə ictimai.info ya ADY-dən məlumat verilib. Bu…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 30 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır