Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Avropa Birliyinin Azərbaycandakı səfiri Mariyana Kuyunciç Azərbaycan dilini öyrənmək niyyətində olduğunu bildirib.

ictimai.info xəbər verir ki, bununla bağlı video 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən Feysbuk sosial şəbəkəsində paylaşılıb.

“1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Avropa Birliyinin səfiri Mariyana Kuyunciç bu zəngin dili öyrənməyə başlayıb. Bu videonu sizinlə bölüşürük”, – paylaşımda qeyd olunub.

Paylaşıma əlavə olunmuş videoda diplomatik missiyanın rəhbəri auditoriyaya Azərbaycan dilində müraciət edir.

  • Related Posts

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    “Uber” şirkəti idarəetmə səviyyələrinin azaldılmasına və vəsaitlərin avtomobillərin müştərək istifadəsi, çatdırılma və robotaksi biznesləri arasında yenidən bölüşdürülməsinə yönəlmiş genişmiqyaslı restrukturizasiya çərçivəsində 3 300 nəfəri işdən çıxarmağı planlaşdırır. Bu da şirkətin…

    Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 5, 6, 12 və 13 sentyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək. Bu barədə ictimai.info ya ADY-dən məlumat verilib. Bu…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 28 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır